İyul 02, 2022 11:41 Asia/Baku
  • İstanbulda inflyasiya son 24 ilin rekordunu qırdı; 94 faizə çatdı

Türkiyənin İstanbul şəhərində illik inflyasiya 94,4 faizə çatıb ki, bu da son 24 ildə yeni rekord sayılır.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən İstanbulda istehlak mallarının qiymətləri durmadan artır. Türkiyədə istehlak mallarının qiymətinin kəskin artması ilə bu ölkə əhalisinin həyatı çətinləşib.

İstanbul Ticarət Palatası cümə günü bildirib ki, İstanbulda inflyasiya iyun ayında əvvəlki ayla müqayisədə 4,03 faiz artıb və illik inflyasiya 94,4 faizə çatıb.

İstanbul Ticarət Palatasının məlumatına görə, bu şəhərdə iyun ayında topdansatış qiymətləri indeksi 8, 17 faiz, pərakəndə satış qiymətləri indeksi isə 4,03 faiz artıb. 

Türkiyə hazırda iqtisadi böhrana qərq olub və 94 faizlik inflyasiyanın açıqlanması ilə bu ölkənin son 24 ilin ən pis vəziyyətini yaşadığı məlum olub. Belə bir vəziyyətdə iqtidarın bütün müxalifət partiyaları gecə-gündüz növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər və prezident koalisiyasını (Ərdoğan-Bağçalı) çətin vəziyyətə salıblar.

Türkiyədə lirənin devalvasiyası, işsizlik, inflyasiya və nəticə etibarı ilə yoxsulluğun artması bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın reytinqini xeyli aşağı salıb. Son aylarda Türkiyə xalqı ölkənin milli valyutasının devalvasiyasına və inflyasiyanın artmasına etiraz olaraq, dəfələrlə anti-hökumət aksiyaları keçirib. 

Teqlər