Türkiyənin XİN rəhbəri Rusiya və ABŞ-a meydan oxudu
https://azeri.sahartv.ir/news/türkiyə-i390814-türkiyənin_xİn_rəhbəri_rusiya_və_abŞ_a_meydan_oxudu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyadakı prosseslərlə bağlı ABŞ-ın YPG-yə yardımlarından əl çəkmədiyini bildirib: “ABŞ-ın YPG-yə yardımından məyus olduğumuzu dəfələrlə dilə gətirmişik”,­­_Çavuşoğlu deyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 04, 2022 13:40 Asia/Baku
  • Türkiyənin XİN rəhbəri Rusiya və ABŞ-a meydan oxudu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyadakı prosseslərlə bağlı ABŞ-ın YPG-yə yardımlarından əl çəkmədiyini bildirib: “ABŞ-ın YPG-yə yardımından məyus olduğumuzu dəfələrlə dilə gətirmişik”,­­_Çavuşoğlu deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində  həmçinin Rusiyanın da Suriyada atdığı addımları rəsmi Ankara üçün qənaətbəxş hesab etməyib: “Milli təhlükəsizlikdən söhbət gedəndə kimin nə dediyinin əhəmiyyəti yoxdur. Türkiyə beynəlxalq hüquq çərçivəsində nə lazımdırsa edir. Rusiya və ABŞ-ın Türkiyəyə heç nə deməyə haqqı yoxdur. Rusiyanın atdığı hər addım bizi qane etmir. Biz bununla bağlı kifayət qədər şəffaf davranırıq”, - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.