ABŞ konqresmenləri Türkiyəyə “F-16”ların satışına qarşı çıxıblar
ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş “F-16” qırıcılarının və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Demokrat Kris Pappas və Respublikaçı Frank Pallone tərəfindən təqdim olunan müdafiə büdcəsində “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsi üçün tələbləri sərtləşdirən düzəlişin lehinə 244 qanunverici, əleyhinə 179 deputat səs verib.
Bundan əlavə, ABŞ prezidenti Cozef Bayden administrasiyası “F-16” təyyarələrinin Türkiyə tərəfindən “Yunanıstan ərazisi üzərində təkrar icazəsiz uçuşlar” üçün istifadə edilməməsi üçün atılan addımların ətraflı təsvirini təqdim etməli olacaq.
Növbəti maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsinə (ölkədə oktyabrın 1-də başlayır) cümə axşamı günü Nümayəndələr Palatasının səsverməsi gözlənilir.
Türkiyə daha əvvəl ABŞ-dan Hərbi Hava Qüvvələrində xidmətdə olan təyyarələr üçün 40 “F-16 Block 70” döyüş təyyarəsi və 80 “Block 70” təkmilləşdirmə dəsti istəyib.