Türkiyə lirəsinin dəyəri ən aşağı səviyyəyə enib
https://azeri.sahartv.ir/news/türkiyə-i391548-türkiyə_lirəsinin_dəyəri_ən_aşağı_səviyyəyə_enib
Türkiyənin pul vahidi olan lirənin dəyəri bazar ertəsi günü bu ölkə hökumətinin valyuta siyasəti ilə bağlı nigarançılıqların artması və günü-gündən artan inflyasiya ilə bir zamanda yenidən tənəzzül edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2022 10:20 Asia/Baku
  • Türkiyə lirəsi
    Türkiyə lirəsi

Türkiyənin pul vahidi olan lirənin dəyəri bazar ertəsi günü bu ölkə hökumətinin valyuta siyasəti ilə bağlı nigarançılıqların artması və günü-gündən artan inflyasiya ilə bir zamanda yenidən tənəzzül edib.

SəhərAzəri-nin məlumatına əsasən, Lirənin dəyərinin 0,4 faiz azalması, hər ABŞ dollarının 17,8335 lirə ilə dəyişdirilməsinə bais olub. Bu rəqəm 2021-ci ilin dekabrından bəri lirənin ən aşağı dəyəri sayılır.

Türkiyədə valyuta böhranının kulminasiya nöqtəsi sayılan zamanda hər ABŞ dolları 18,4 lirəyə dəyişdirilmişdi.

Türkiyə lirəsi iyul ayı ərzində ardıcıl olaraq, 6,3 faiz dəyər itirib.