Türkiyədə prezident seçkilərinin vaxtı açıqlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i392349-türkiyədə_prezident_seçkilərinin_vaxtı_açıqlanıb
Türkiyədə prezident seçkiləri gələn il iyunun 18-də keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2022 14:54 Asia/Baku
  • Türkiyədə prezident seçkilərinin vaxtı açıqlanıb

Türkiyədə prezident seçkiləri gələn il iyunun 18-də keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bu ölkədə prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçiriləcəyini açıqlayıb.

Türkiyənin ədliyyə naziri müxalifətin tənqidlərinə cavab olaraq deyib: "Müxalifət partiyaları seçkinin tarixini müəyyən etmək və ya dəyişdirmək iqtidarında deyillər, ona görə də seçki təyin olunmuş tarixdə keçiriləcək".