15 ildən sonra Türkiyə səması İsrail təyyarələri üçün açıldı
-
İsrail təyyarələri
Türkiyə səması 15 ildən sonra İsrail rejimi təyyarələrinin üzünə açılıb.
SəhərAzəri-nin məlumatına əsasən, "Təsnim" xəbər agentliyinin məlumatına görə, sionist rejimin baş naziri Yair Lapid Türkiyə ilə İsrail arasında hava əlaqələrinə icazə verəcək aviasiya müqaviləsinin bu rejimin nazirlər kabinetinin dünənki iclasında ratifikasiya edildiyini bildirib.
Müqaviləyə əsasən, Qüdsü işğal edən rejimin hava yolları şirkətlərinin təyyarələri Türkiyənin İstanbul və digər şəhərlərinə uçuşlar həyata keçirə bilərlər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun 2022-ci ilin mayında işğal olunmuş Fələstin ərazilərinə səfərindən sonra tərəflər arasında bir sıra razılaşmalar əldə olunub, beləliklə də İsrail hava yolları 15 ildən sonra yenidən Türkiyənin müxtəlif şəhərlərinə uçuşlar həyata keçirə biləcəklər.