Okt 12, 2022 12:06 Asia/Baku
  • ABŞ Yunanıstandakı hərbi fəaliyyətlərini genişləndirir

ABŞ müdafiə nazirinin müavini Saşa Beyker Yunanıstan milli müdafiə nazirinin müavini Nikolaos Hardalias ilə ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi perspektivlərini müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Pentagonun məlumatına deyilir.

Qeyd olunub ki, tərəflər NATO alyansına dəstəyi gücləndirmək üçün Souda körfəzində, Yunanıstanın digər ərazilərində, xüsusilə Şərqi Aralıq dənizi, Balkanlar, Qara dəniz və təşkilatın cənub cinahında ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Türkiyə prezidenti Amerikanın Yunanıstan qarşısındakı addımlarına görə, Vaşinqtona dəfələrlə xəbərdarlıq edib.

Ərdoğan sentyabrın 28-də gelə demişdi: “Amerikadan gözləyirik ki, Yunanıstanı yanlış hesablamalara doğru sövq etdirməyib, beynəlxalq ictimaiyyətlə oynamağa yol verməsin.”

Türkiyə prezidenti daha öncə sentyabrın 9-da da ABŞ və qərb dövlətlərini Rusiyadan alınan silahlarla bağlı Yunanıstan və Türkiyəyə ikili münasibət nümayiş etdirmələrini qınamışdı.

Ərdoğan ABŞ-ın Yunanıstan ərazisində Türkiyəyə qarşı hərbi bazalar yaratdığını da dilə gətirmişdi: “Razılaşmalardakı qeyri-hərbi statusa qarşı burnumuzun dibindəki adaları silahlandırmaqda davam edirlər. Eyni zamanda, bazaların yaradılması məsələsi də var. Buna Amerika rəhbərlik edir”,- Türkiyə prezidenti deyib.

Türkiyənin xirici işlər naziri Mövlud Çavuşoğlu da son günlər etdiyi çıxışında ABŞ-ın Suriyada hələ də PKK/PYD-yə dəstək verdiyini bildirib.

Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ABŞ separatçıları dəstəkləyir.

Teqlər