Türkiyə İsraillə münasibətlərini normal göstərməyə çalışır
İqtidar seçki ərəfəsində İsrail faktorundan faydalanır – TƏHLİL
Bir çox İslam ölkələrinin, eləcə də Türkiyənin müsəlman xalqının Rəcəb Təyyib Ərdoğan hökumətinin sionist rejimlə əlaqələrin bərpası istiqamətində hərəkətini yanlış hesab etdiyi bir şəraitdə Türkiyənin xarici işlər naziri iddia edib ki, onun ölkəsinin İsraillə münasibətlərini bərpa etməsi guya Fələstin xalqının maraqlarını və ideallarını müdafiə etməyə yol açır.
SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu deyib: “Türkiyənin İsraillə münasibətlərini normallaşdırmasını Fələstin məsələsinə xəyanət kimi qələmə vermək yanlışdır”.
Görünür, rəsmi Ankara irqçi İsrail rejimi ilə münasibətlərin bərpası işində ciddi narazılıqla üzləşdikdə XİN başçısının dilindən izahat verməyə məcbur olub.
Türkiyə diplomatiyasının rəhbəri son açıqlamalarına baxmayaraq, Türkiyənin sionist rejimlə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlarının məzlum Fələstin xalqına hansı faydaları verəcəyi əlbəttə ki, qaranlıqdır, üstəlik bu günlərdə işğalçı rejim tərəfindən dinc fələstinlilərə qarşı repressiyalar güclənib və onlarla fələstinli şəhid olub və yaralanıb. Bu isə o deməkdir ki, hansısa müsəlman ölkəsinin sionist İsrailə qucaq açması bu rejimin vəhşiliklərinə təsir etmir və qəsbkar rejim torpaqlarının müdafiəsi uğrunda mübarizə aparan insanlara divan tutmaqda qərarlıdır.
Bu arada sionist rejim münasibətlərin normallaşdırılması məsələsini gündəmə gətirdikdən sonra Ərdoğan hökuməti qarşısında ilk şərt olaraq Ankaradan Türkiyədə yerləşən bütün Fələstin təşkilatlarının fəaliyyətini dayandırmasını tələb edib.
Maraqlıdır ki, Ərdoğan hökuməti bununla bağlı dərhal hərəkətə keçib. Əlbəttə onsuz da bəzi faktlara görə, Türkiyə ilə irqçi İsrail rejimi arasındakı münasibətlərdə heç vaxt real gərginlik olmayıb. Bu baxımdan ekspertlər bildirirlər ki, Türkiyə liderləri heç vaxt sionist rejimlə kompromis qatarından enməyiblər.
Ümumilikdə demək lazımdır ki, Türkiyə sionist İsrail rejimi qurulduqdan sonra onu ilk tanıyan ölkələrdən biri olaraq adətən Fələstinin məzlum xalqına qarşı həmişə ikili siyasət yürüdür. Və məhz bu istiqamətdə Türkiyə ilə qeyri-legitim İsrail rejimi arasında həmişə möhkəm təhlükəsizlik və iqtisadi əlaqələr mövcud olub.
Görünən odur ki, AK partiya liderləri Ərdoğanın yenidən prezident seçilməsi yolunda duran bütün maneələri aradan qaldırmaq və bu ölkənin iqtisadi və maliyyə məsələlərində mövcud böhrana son qoymaq üçün İsrail rejimi ilə münasibətlərin normallaşmasını hədəfləyiblər.