Dek 13, 2022 16:59 Asia/Baku
  •  İnflyasiya Ərdoğanın yenidən seçilməsini əngəlləyə bilər

2023-cü ildə Türkiyədə keçiriləcək olan prezident və parlament seçkilərinə inflyasiya və işsizlik səviyyəsinin ciddi təsir göstərəcəyi gözlənilir.

SəhərAzəri-nin məlumatına əsasən, oktyabr ayında Türkiyədə işsizliyin səviyyəsi 10,2%-ə yüksəlib ki, bu da Rəcəb Təyyib Ərdoğanın gələn il yenidən seçilmək ümidlərinə potensial problem yaradır. Halbuki, bu məqsəd üçün inflyasiyanın aşağı səviyyəyə düşməsi valyuta məzənnəsinin sabit saxlanması lazımdır.

Reuters-in bu barədə yaydığı məqalədə bildirilir ki, Ərdoğan və onun AK Partiyasının hakimiyyətə gəlişindən 20 ildən çox vaxt keçdikdən sonra, 2023-cü ilin may və ya iyun aylarında keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf dinamikasının artımın trend səviyyələrindən aşağı olacağı gözlənilir. Türkiyə rəsmiləri və analitiklər bildiriblər ki, Ərdoğanın son hakimiyyəti illərində inflyasiya yüksəlib və lirənin ucuzlaşması tarixi minimal həddə çatıb. Xüsusilə də seçkil öncəsi məşğulluq problemli bir məsələdir.

 “JP Morgan” analitikləri inflyasiyanın 2023-cü ilin ortalarına qədər 40%-ə çatacağını proqnozlaşdırırlar. Türkiyə hökumət isə 2023-cü ilin sonunda inflyasiyanın 20%-ə yaxın olacağını proqnozlaşdırır.

Bu arada gənclər arasında işsizliyin təxminən iki pillə yüksələrək 22%-dən bir qədər aşağı olması da narahatlıq yaradır.

Məşğulluq təzyiqlərinə əlavə olaraq, idarə olunan əməkhaqqının ciddi artımı da gələn ilin əvvəlində işçilərin işdən çıxarılmasına səbəb ola bilər. Nəticədə iqtisadi artım üçüncü rübdə illik 3.9% genişlənmədən sonra azalmağa başlaya bilər.

Qeyd edək ki, ötən il lirə dollar qarşısında 44%, bu il isə daha 29% dəyər itirib.

 

Teqlər