Yan 17, 2023 19:17 Asia/Baku
  • Əmir Abdullahiyan Ərdoğanla görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə axşamı Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və danışıqlar aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahiyan bu gün yüksək səviyyəli siyasi heyətin müşayiəti ilə Türkiyəyə gedib.

İran xarici işlər naziri Ankaraya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb.

Əmir Abdullahian Türkiyəyə gəlişi ilə bağlı jurnalistlərə deyib: “Xoşbəxtlikdən iki ölkə arasında münasibətlər düzgün yoldadır və bu gün biz Türkiyəni İran İslam Respublikası ilə ən yaxşı əlaqələrə malik qonşulardan biri kimi qeyd edə bilərik”.

 

Teqlər