Fev 08, 2023 17:49 Asia/Baku
  • Türkiyə və Suriyada zəlzələ qurbanlarının sayı artır

Ən azı 7800 nəfərin can verdiyi və 2300 nəfərin yaralandığı bildirilir.

Türkiyənin cənubunda baş vermiş dağıdıcı zələzələnin qurbanları 7800 – ə çatdığı  birdirilir. Fransa xəbər agentlikləri həlak olanların 5894 nəfəri Türkiyədə və 1932 nəfərinin Suriyada olduğunu bildirib.

Bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin cənub şərqində üç ay fövqəladə vəziyyət elan edib. Ərdoğanın dediyinə görə zəlzələ Türkiyənin 10 əyalətinə ziyan vurub. O həmçinin deyib ki, indiyədək 70 ölkə kömək edə biləcəyi təklifini verib.

Məlumatda deyilir ki, zəlzələ baş verən yerlərdə güclü qar və yağış yağıntılarının olması zərərçəkənlərin xilas etmə əməliyyatının aparılmasını daha da çətinləşdirib.

Dünya Səhiyyə təşkilatının verdiyi xəbərə görə Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində baş vermiş zəlzələ qurbanlarının sayı daha da artacaqdır. Bəzi məlumatlarda 20 min 534 nəfərin yaralandığı  və 6 min binanın tamamilə dağıldığı bildirilir.

Xatırladaq ki, bu zəlzələ fevralın ikisi, bazarertəsi günü sübh saatlarında Türkiyənin cənubunda Suriya ilə sərhəd yaxınlığında baş verib. Dağıntılar altında qalanların xilasetmə əməliyyatı davam edir, lakin xilasedicilər soyuq dağ hava şəraitində beton və kərbic dağıntıları ilə üzbəüz qalıb.

Türk jurnalistlərindən birinin BBC xəbər agentliyinə verdiyi müsahibədə hələdə dağıntılar altında qalan insanların olduğu və qaldığı vəziyyət haqda səsli və video görüntülər yayımlayırlar. İbrahim Haskuoğlu deyib ki, dağıntılar altında qalanlar bizdən kömək istəyirlər lakin bizim əlimizdən heç nə gəlmir.

 

Teqlər