Ermənistan-Türkiyə arasında razılaşma var
Çavuşoğlu: Sərhəd yolları ilə bağlı işlər sürətləndiriləcək
Türkiyənin xarici işlər naziri Ermənistanla sərhəd yolları məsələsində razılığa gəlindiyni bildirb.
Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə normallaşma prosesində atılacaq addımları müzakirə edib.
“Bundan əlavə, biz ondan Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsi ətrafında davam edən görüşlər və danışıqlar barədə məlumat aldıq”, - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Cənubi Qafqazda davamlı sabitlik bu regionun iqtisadi inkişafı baxımından son dərəcə vacibdir.
Türkiyənin xarici işlər naziri Ermənistanla normallaşma məsələsinə də toxunub. “Bu gün biz normallaşma prosesində hansı addımları ata biləcəyimizi bir daha müzakirə etdik. Bunlardan biri də Ermənistan-Türkiyə sərhədində yerləşən tarixi İpək Yolu Körpüsünün yenidən qurulmasıdır, hər iki tərəfdən sərhəd-keçid məntəqələrindəki körpülərlə bağlı araşdırmalar var, biz bu addımları sürətləndirmək üçün razılaşdıq”, - deyə Türkiyənin XİN rəhbəri bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə ölkəsinin Türkiyə ilə münasibətləri tam normallaşdırmağa, diplomatik münasibətlər qurulmağa və sərhədləri tam açmağa hazır olduğunu bir daha bəyan edib.