Fev 21, 2023 13:04 Asia/Baku
  • Hatayda baş verən yer təkanının tələfatı: 6 ölü, 294 yaralı

Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.

SəhərAzəri-nin məlumatına əsasən, Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuata verdiyi açıqlamada deyib ki, Hatay vilayətində baş verən son zəlzələ nəticəsində 6 nəfər həlak olub, 294 nəfər yaralanıb.

Soylu baş verən zəlzələ nəticəsində Antakyada fay xəttinin bir hissəsində növbəti qırılmanın baş verdiyini deyib.

Qeyd olunub ki, yeni dağıntılar altında qalanların olduğu güman edilir. Axtarış işləri aparılır.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda iki güclü zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 min nəfəri keçib, yaralı sayı 108 000 nəfər təşkil edir.

 

Teqlər