Türkiyə XİN ABŞ-ın Ankaradakı səfirini çağırtdırıb
https://azeri.sahartv.ir/news/türkiyə-i397995-türkiyə_xİn_abŞ_ın_ankaradakı_səfirini_çağırtdırıb
Türkiyə Xarici İşlər Nazirliyi dünən ABŞ-ın Ankaradakı səfirini çağırtdırıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 07, 2023 13:12 Asia/Baku
  • Türkiyə XİN ABŞ-ın Ankaradakı səfirini çağırtdırıb

Türkiyə Xarici İşlər Nazirliyi dünən ABŞ-ın Ankaradakı səfirini çağırtdırıb.

Bu çağrışa səbəb, Amerika ordusunun baş qərargah rəisi Mark Millinin bu ölkə hərbçilərinin yerləşdikləri Suriyanın şimal-şərq bölgələrinə səfəri olub.

Milli/ şənbə günü Suriyaya olan ötəri səfərində ABŞ hərbçilərilə görüşüb.

Suriyanın şimal-şərq bölgələri hazırda/ Amerikadan dəstək alan kürd yarımhərbçilərin nəzarəti altındadırlar.

Qeyd edək ki, Mark Milli sözügedən səfərdən öncə işğal olunmuş Fələstin ərazilərində sionist rejim başçıları ilə görüşmüşdü.