Mart 08, 2023 13:23 Asia/Baku
  • Əmir Abdullahian Ankarada Mövlud Çavuşoğlu ilə görüşüb

Ötən gecə Ankaraya gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb və danışıqlar aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian və Çavuşoğlu bu görüşdə son beynəlxalq hadisələri və ikitərəfli əlaqələri müzakirə ediblər.

Hüseyn Əmir Abdullahian çərşənbə axşamı Türkiyəyə gələrkən, Ankara Esenboğa hava limanında deyib: "Son zəlzələ ilə əlaqədar Türkiyəyə həmrəyliyimizi bildirmək və İran xalqı və hökumətinin zəlzələdən zərər çəkmiş insanlara yardımının davamı olaraq, bu ölkəyə səfər etmişik".

İranlı diplomatın Türkiyənin zəlzələdən zərər çəkmiş Adıyaman bölgəsinə də səfəri planlaşdırılır.

Teqlər