Mart 08, 2023 19:39 Asia/Baku
  • Əmir Abdullahian Türkiyənin Adıyaman şəhərinə gedib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyədə zəlzələdən zərər çəkmiş əraziləri yoxlamaq üçün bu ölkənin paytaxtı Ankaradan 700 km cənub-şərqdə yerləşən Adıyaman şəhərinə gedib.

O, şəhərə daxil olan kimi Adıyamanın yerli rəsmiləri tərəfindən qarşılanıb.

Əmir Abdullahianı bu səfərdə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd və bir qrup digər rəsmi şəxslər müşayiət edir.

Hüseyn Əmir Abdullahian dünən axşam Ankara Beynəlxalq Hava Limanına gəlib.

Əmir Abdullahian Türkiyənin paytaxtı Ankaraya gəldikdən sonra deyib: "Biz bu ölkədə baş verən son zəlzələ ilə əlaqədar Türkiyə xalqı və hökumətinə həmrəyliyimizi bildirmək üçün burdayıq".

İranın xarici işlər naziri bu gün Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Teqlər