Mart 31, 2023 19:23 Asia/Baku
  • Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvlüyü ilə razılaşıb

Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvlük xahişi ilə razılaşıb.

Türkiyə parlamentinin 276 üzvü bu layihənin lehinə səs verib. Belə bir halda, eyni vaxtda səsə qoyulan İsveçin oxşar xahişi Türkiyə parlamentinin üzvləri tərəfindən rədd olunubdur.

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə parlamentinin Finlandiyanın NATO-ya üzvlük xahişi ilə razılaşmasını alqışlayıb.

O, bir tvittdə qeyd edib ki, bu məsələ NATO ailəsini daha da gücləndirəcək.

Beləliklə, Finlandiyanın NATO-ya üzvlüyə namizədliyi layihəsi bu hərbi təşkilatın bütün otuz üzvünün razılığı ilə üzləşib.

 

Teqlər