Apr 26, 2023 18:34 Asia/Baku
  • Ərdoğanın canlı yayımda halı pisləşib

Yerli telekanallara müsahibəsi zamanı halı pisləşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün bütün proqramlarını ləğv edib.

SəhərAzəri-nin məlumatına görə, Türkiyədə prezident və parlament seçkiləri yaxınlaşdıqca hökumət başçısı postuna əsas iddiaçıların təbliğat-təşviqat kampaniyaları hər ötən gün daha da qızışır.

Seçkilərdə iki əsas rəqib olan Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu və Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan çıxışların sayında və müxtəlif şəhərlərdə olmaqda da rəqabət aparırlar. 

O dərəcədə ki, hazırkı prezident və seçki namizədi Ərdoğanın intensiv seçki proqramları onun canlı yayımda halının pisləşməsinə və verilişin qısa müddətlik kəsilməsinə səbəb olub.

Rəcəb Tayyıb Ərdoğan bu haqda deyib: "Dünən və bu gün gərgin təbliğat işləri var idi, mədəmə ciddi soyuq olub. Hətta bir müddət proqramı ləğv etsək, səhv başa düşüləcəkmi, deyə düşündüm. Dedim, artıq söz vermişik, gedərik. Təbii ki, bu gərgin işdə zaman-zaman belə hallarla rastlaşırıq. Sizdən və tamaşaçılarımızdan halallıq istəyirəm".

Televiziya proqramında özünü pis hiss etdikdən sonra Ərdoğan bütün təbliğat proqramlarını və çıxışlarını bir gün müddətinə ləğv edib. 

Bütün rəy sorğularının nəticələri Türkiyədə mayın 24-də keçiriləcək seçkilərdə "Millət İttifaqı" ilə "Cümhur İttifaqı"nın namizədləri arasında gərgin rəqabətdən xəbər verir. 

Artıq siyasi dairələr iki əsas namizədin səslərinin yaxınlığına görə, Türkiyədə prezident seçkilərinin ikinci tura qədər uzadılacağını proqnozlaşdırırlar.

Teqlər