May 08, 2023 15:16 Asia/Baku
  • Çavuşoğlu: Müxalifət partiyalarının siyasəti Türkiyənin milli təhlükəsizliyinə təhdiddir

Türkiyənin xarici işlər naziri bir müsahibəsində deyib ki, müxalifət partiyalarının terrorla mübarizə ilə bağlı siyasəti Türkiyənin milli təhlükəsizliyinə təhdiddir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 14-də keçiriləcək prezident seçkiləri öncəsi Yunanıstana qarşı hər hansı hərəkəti təkzib edib.

"Haber Türk"ə müsahibə verən Çavuşoğlu, Türkiyə seçkilərinin Yunanıstana təsirinə cavab olaraq deyib: "İlk dəfədir ki, Yunanıstanda Türkiyəyə qarşı heç bir kampaniya aparılmır və bunun səbəbi də zəlzələdən sonra iki ölkə arasında yaranan müsbət atmosferdir ki, iki ölkə arasında problemlərin həlli üçün dialoqa və əməkdaşlığa gətirib çıxarıb".

O, bu müsahibədə, Türkiyənin daxilində və İraqın şimalında və Suriyada terrorla mübarizədə ölkəsinin xarici siyasətinə təkid edib.

Çavuşoğlu bildirib ki, müxalifət partiyalarının siyasəti bu siyasətlə ziddiyyət təşkil edir və Türkiyənin milli təhlükəsizliyinə təhdiddir.

O, Qərb mediasının Türkiyə seçkiləri ilə bağlı yaydığı xəbər haqqında suala cavab olaraq, deyib: "Biz xalqın qeyd-şərtsiz suverenliyinə inanırıq və Türkiyə xalqı nə "Wall Street Journal" və "New York Times" kimi qəzetlərin reportajları, nə də bəzi siyasətçilərin açıqlamaları əsasında qərar verməyəcək". 

Türkiyənin hazırkı prezidenti, Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək Türkiyə prezident seçkilərində Xalq Cümhuriyyət Partiyasının rəhbərlik etdiyi "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu ilə rəqabət aparacaq.

Bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Vaşinqtonun uğursuz çevrilişlərinin qisasını almaq üçün 14 may seçkilərində Ərdoğanı kənarlaşdırmak üçün plan hazırlamaqda  ittiham edib.

Teqlər