May 16, 2023 19:06 Asia/Baku
  • Kılıçdaroğlunun müavini istefa verdi

Müxalifətdə olan və Türkiyə prezident seçkilərinin namizədi- Kemal Kılıçdaroğlunun başçılıq etdiyi Cümhuriyyət Xalq Partiyasının sədr müavini Onursal Adıgözəl istefa verib.

SəhərAzəri-nin məlumatına əsasən, Adıgözəl seçkilərin nəticələri elan olunduqdan sonra edilən tənqidlərin ardınca partiyadakı vəzifəsindən istefa verib.

Onursal Adıgözəl dünən gecə istefa ərizəsini özünün “Twitter”  hesabında paylaşıb. Belə görünür ki, bu, müxalifət koalisiyasının bazar günü keçirilən Türkiyə prezident və parlament seçkilərindəki məğlubiyyətinin ilk nəticəsidir.

Onun istefa ərizəsində deyilir: Mən Cümhuriyyət Xalq Partiyasındakı vəzifələrimi/ formalaşmış neqativ atmosferə görə tərk edirəm. Sözügedən partiyada partiyanın sədr müavini, informasiya və kommunikasiya texnologiyası üzrə məsul şəxs kimi fəaliyyət göstərirdim. Özü də seçki gecəsində məlumatların toplanması üzrə bütün sistemlərin işlədikləri və bizim fəaliyyətlərimiz prosesində heç bir qüsurun mövcud olmadığı bir halda.

O, əlavə edib: 2018-ci ildən bu vəzifədə işləyirdim ki, seçki mərhələsində partiya rəhbərinə bir zərər dəyməsin və hazırda/ seçki gününün axşamında ümumi fikir üçün yaranmış neqativ atmosferə görə, öz vəzifələrimi tərk edirəm.

 

Teqlər