Ərdoğan: Xalqın yenidən məni seçəcəyinə əminəm
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyıp Ərdoğan dünən gecə əmin olduğunu bildiribdir ki, xalq bu ölkənin prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda yenidən onu seçəcək.
İstanbulda təşkil edilmiş bir seçki yığıncağında iştirak edən Ərdoğan deyibdir ki, Türkiyə vətəndaşları xalq koalisiyasına səs vermək və onun/ parlamentdəki 600 yerdən 322-sini əldə etməsinə kömək etməklə/ nəzərdə tutduqları qanunvericilik formasını göstərdilər.
O, sonra belə qeyd edib: Allahın istəyi ilə hamımız əminik ki, xalq yenidən prezidentliyi daha beş il müddətinə mənə tapşıracaq və seçkilərin ikinci turunda öz səsi və faizi ilə bir rekord qeydə aldıracaq.
Ərdoğan mayın on yeddisində tvitter-dəki rəsmi hesabında ölkəsinin gənclərinə bir mesaj göndərib və yazıbdır ki: Gənclər prezident seçkilərinin ilk turunda öz iradələrini müdafiə etdilər. Əminəm ki, onlar ikinci turda mənə daha güclü dəstək verəcəklər.