Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir
https://azeri.sahartv.ir/news/türkiyə-i400281-ermənistan_türkiyə_ilə_sərhəddə_keçid_məntəqəsi_tikir
Ermənistan hökuməti Türkiyə ilə sərhəddə keçid məntəqəsinin tikintisinə hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2023 08:47 Asia/Baku
  • Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir

Ermənistan hökuməti Türkiyə ilə sərhəddə keçid məntəqəsinin tikintisinə hazırlaşır.

SəhərAzəri-nin məlumatına görə, bununla əlaqədar Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə Marqara gömrük-keçid məntəqəsinin tikintisi məqsədilə müqavilə imzalayıb.

Ermənistan KİV-nin məlumatına görə, müqavilənin dəyəri təxminən 118 min manat təşkil edir.

Bildirilir ki, tikintinin ümumi dəyəri zəruri avadanlıqlarla birlikdə 3 milyon manat təşkil edəcək.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr qurulmayıb, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır. Lakin sərhədin bu ilin yayına kimi üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması planlaşdırılır.