May 28, 2023 12:19 Asia/Baku
  • Ərdoğan, yoxsa Kılıçdaroğlu?

Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

SəhərAzəri-nin məlumatına görə, nəticələr gecə saatlarınadək bəlli olacaq. Seçki yarışı hazırkı prezident, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Təyyib Ərdoğanla müxalif ittifaq – “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu arasında gedir.

İlk turda Ərdoğan 49,51 faiz, müxalifət lideri Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. Üçüncü namizəd “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan da 5,17 faiz səs yığıb. Ərdoğanın səs faizi çox olsa da, ilk turda qalib gəlmək üçün lazım olan 50+1 faiz səs baryeri keçilmədiyinə görə seçki ikinci tura qalıb. Sinan Oğan ikinci turda Ərdoğanı, “Ata İttifaqı”nda təmsil olunan digər siyasətçi Ümit Özdağ isə Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edib.

Teqlər