İyun 03, 2023 12:41 Asia/Baku
  • Ərdoğanın andiçmə mərasimi keçirilir

Türkiyə Böyük Millət Məclisində, növbəti 5 il müddəti üçün prezident seçilən Rəcəb Təyyib Ərdoğanın andiçmə mərasimi keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün mayın 28-də növbəti dəfə Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilir.

Mərasimə Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da start verilib.

Tədbirdə 21 ölkə o cümlədən Azərbaycan Respublikası prezident səviyyəsində, 13 ölkə o sıradan Ermənistan baş nazir səviyyəsində iştirak edir. 12 ölkə isə parlament rəsmiləri səviyyəsində Ərdoğanın andiçmə mərasimindədir. İran islam Respublikasından mərasmimə prezidentin birinci müavini Məhəmməd Müxbir Rusiyadan Dumanın sədri Viaçeslav Volodin qatılıblar.

Mərasimdə həmçinin 8 beynəlxalq təşkilat nümayəndələri təmsil olunurlar.

NATO Baş katibi Yens Stoltenberq, Türk Ölkələri Təşkilatının baş katibi Qubaniçbek Ömər Əliyev, İslam Əməkdaşlıq təşkilatının baş katibi Hüseyn İbrahim Taha, Türkiyədə prezidentin andiçmə mərasiminə qatılan beynəlxalq təşkilatların başçıları sırasında yer alırlar.

Andiçmə mərasiminə R.T.Ərdoğanın and içməsi, sonra Anıtqəbiri ziyarət etməsi və ardınca onun vəzifəyə başlaması mərasimi daxildir.  

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq. Türkiyə prezidentinin bu gecə qonaqların şərəfinə şam ziyafəti də verəcəyi gözlənilir. 

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.

Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.

2014 və 2018-ci illərdə Prezident seçilib.

Teqlər