Əgər yekdil olsaq, heç kəs müqəddəslərə hücum etməyə cürət etməz
Türkiyə prezidenti video-konfrans formatında etdiyi çıxışda dünyada islamofobiya ilə mübarizə üçün bütün müsəlmanların birləşmələrini istəyib və İsveçdə Qurani-Kərimə qarşı hörmətsizliyi pisləyib.
Şimali Amerikada Pakistan mənşəli həkimlər cəmiyyətinin qırx altıncı illik konfransında video-konfrans formatında çıxış edən Rəcəb Tayyıp Ərdoğan dünyada islamofobiya və Qurani-Kərimə qarşı hörmətsizlik ilə mübarizə məqsədilə müsəlmanların birləşmələrini istəyib.
Ərdoğan bütün dünya müsəlmanlarının Qurana qarşı hörmətsizliklə mübarizə və bu kimi alçaq hərəkətlərin təkrarlanmasının qarşısını almaq üzrə məsuliyyətlərinə təkid edib.
O, deyib: Bizim hamımız- bütün müsəlmanlar/ Türkiyədə olduqca kəskin reaksiya verdiyimiz/ belə əməllərin təkrarlanmayacağına əmin olmaq sahəsində böyük məsuliyyət daşıyırıq. Əgər yekdillik və həmrəyliklə hərəkət etsək, dünyada heç kəs müsəlmanların müqəddəslərinə hücum etməyə cürət etməz.
Ərdoğanın islami müqəddəslərə qarşı hörmətsizlik və islamofobiya ilə mübarizə məqsədilə dünya müsəlmanlarını birliyə çağırması,/ İsveçdə Qurani-Kərimə edilən hörmətsizliyk əleyhinə beynəlxalq reaksiyaların davamında həyata keçibdir.
İsveçə mühacirət etmiş İraq vətəndaşı Selvan Momika-nın İsveç polisinin icazəsi ilə Qurani-Kərimin müqəddəsliyinə qarşı hörmətsizlik kimi qeyri-insani hərəkəti/ müxtəlif islami ölkələrdə kəskin reaksiyalara səbəb olub və bu məsələ, Qərb ölkələrinin başçılarını da reaksiyaya məcbur edibdir.