Ermənistanın XİN rəhbəri Türkiyə ilə danışıqlar barədə danışdı:
“Münasibətləri normallaşdırmaq üzrə danışıqlar bərpa olunmalıdır”
İyul 19, 2023 20:03 Asia/Baku
Ermənistan XİN başçısı Vyanada avstriyalı həmkarı ilə keçirdiyi brifinqdə deyib ki, Türkiyə tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Ararat Mirzoyan qeyd edib ki, Türkiyə ilə münasibətlərdə durğunluq seçki kampaniyası ilə bağlı olub. Və hazırda münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtıdır.
O, belə mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını vacib hesab edib.