Türkiyənin İzmir şəhərində İsveçə silahlı hücum olub
https://azeri.sahartv.ir/news/türkiyə-i402257-türkiyənin_İzmir_şəhərində_İsveçə_silahlı_hücum_olub
İsveçin İzmirdəki (Türkiyə) konsulluğu qarşısında silahlı hücum nəticəsində bir qadın yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2023 11:07 Asia/Baku
  • Türkiyənin İzmir şəhərində İsveçə silahlı hücum olub

İsveçin İzmirdəki (Türkiyə) konsulluğu qarşısında silahlı hücum nəticəsində bir qadın yaralanıb.

Məlumata görə, Türkiyənin İzmir şəhərinin yerli hakimiyyət orqanları əqli qüsurlu bir şəxsin tapança ilə atəş açdığını deyib.

Bu hadisədə İsveç Konsulluğunda katib işləyən türkiyəli qadın yaralanaraq xəstəxanaya aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyə polisi hadisənin səbəbləri və hücum edənin motivi ilə bağlı araşdırmalara başlayıb.

Bu hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, oxşar hadisə ötən həftə Türkiyənin Rizə şəhərində bir xəstəxanaya hücum edən şəxs xəstələrə və həkimlərə atəş açaraq bir həkim, iki xəstə və iki polis əməkdaşını yaralamışdı.