Türkiyədə bir neçə fabrikdə yanğın olub
https://azeri.sahartv.ir/news/türkiyə-i402260-türkiyədə_bir_neçə_fabrikdə_yanğın_olub
Türkiyənin qərbində on fabrik yanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2023 11:52 Asia/Baku
  • Türkiyədə bir neçə fabrikdə yanğın olub

Türkiyənin qərbində on fabrik yanıb.

Məlumata görə, hadisə çərşənbə axşamı axşam saatlarında Bursa vilayətinin "İnə Göl" ağac sənayesi qəsəbəsində baş verib.

Yanğın mebel fabrikində başlayıb, lakin güclü külək nəticəsində yaxınlıqdakı fabriklərə də keçib.

İki təyyarə və dörd yanğınsöndürmə helikopteri, beş əyalətdən 400 yanğınsöndürənlə birlikdə alovu idarə etməyə və onların digər fabriklərə keçməsinin qarşısını almağa çalışıb.

Bu böyük yanğının mümkün tələfatları və onun dəqiq səbəbi barədə hələlik heç bir məlumat dərc edilməyib.