Avq 22, 2023 14:18 Asia/Baku
  • Niderland və Danimarka səfirliklərinin rəsmiləri Türkiyə XİN-ə çağırılıblar

Türkiyə xarici işlər nazirliyi Qurani-Kərimə hörmətsizliyiə reaksiyada Danimarka səfirliyinin müvəqqəti işlər vəkili və Niderland səfirinin müavinini çağırıb.

Türkiyə xarici işlər nazirliyi yaydığı bəyanatda bildiribdir ki: Danimarka səfirliyinin müvəqqəti işlər vəkili və Niderland səfirinin müavininin çağırışında Amsterdam və Kopenhagendə bir qrup şəxs tərəfindən Qurani-Kərimə hörmətsizlik edilməsinə kəskin etirazın bildirilməsilə yanaşı, sözügedən hərəkətlərin təkrar edilməsi və baş verməsini önləyəcək tədbirlərin görülməsi haqda xəbərdarlıq edilib.