Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdü
Lavrov: “Ukrayna böhranını həll etmək üçün Zelenskinin formulu uğursuzluğa düçar oldu”
Məlumata görə, Rusiya və Türkiyənin xarici işlər nazirləri cümə axşamı Moskvada görüşərək Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib ki, Rusiya bu ölkədə qazpaylama mərkəzi yaratmaqla Türkiyəyə qaz tədarükünü artırmağa hazırdır.
Lavrov daha sonra əlavə edib ki, “Biz Türkiyənin xarici işlər naziri ilə Putinin bir milyon ton Rusiya taxılının emal üçün güzəştli qiymətə göndərilməsi təşəbbüsünü müzakirə etdik”
Rusiya xarici işlər naziri sözünün davamında “ Moskva taxıl sazişini bərpa etmək üçün Qərbin nə etməli olduğu barədə Ankaranı məlumatlandırıb”. O, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda görüşəcəklərinə də açıqlama verib.
“Biz Türkiyənin xarici işlər naziri ilə Ukraynadakı vəziyyəti və Zelenskinin “Sülh formulu” barədə də danışdıq. Zelenskinin Ukrayna böhranının həlli düsturu rədd edilir və bu formul uğursuzluğa məhkumdur” deyə Lavrov bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə, Ukraynada bütün müharibələrdə olduğu kimi hazırkı müharibədə qalibin olmadığını deyib. Fidan sözünə əlavə edib ki, “ Biz Ukrayna böhranı üçün siyasi həll yolları tapmağa çalışırıq və Ankaranın rolu bu yolda yalnız vasitəçidir”
Türkiyənin xarici işlər naziri həmçinin, Türkiyə və Rusiya prezidentlərinin Soçidə görüşəcəklərləri və bu görüşə hazır olduğunu bildirib.