Türkiyədə mədən çökdü ölən və yaralananlar var
https://azeri.sahartv.ir/news/türkiyə-i403532-türkiyədə_mədən_çökdü_ölən_və_yaralananlar_var
Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2023 14:40 Asia/Baku
  • Türkiyədə mədən çökdü ölən və yaralananlar var

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib ki, hadisə baş verən zaman mədəndə 280 nəfər olub: “Çökmə 4 nəfərin işlədiyi hissədə baş verib. Bundan başqa heç bir risk yoxdur. Partlayış yoxdur, çökmədir”.Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.Armutçuk müəssisəsinə məxsus mədənin çökməsinin səbəbi hələ ki məlum deyil.