Okt 22, 2023 15:20 Asia/Baku
  • MHP sədri İsrail rejiminə hücum etməyə çağırdı

Bu gündən etibarən 24 saat ərzində atəşkəs əldə olunmasa, hücumlar dayanmasa, Türkiyə tez bir zamanda araya girməli, tarixi, humanitar və dini vəzifələrinin tələb etdiyi hər şeyi etməlidir.Bunu Türkiyə MHP sədri Dövlət Baxçalı deyib.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının əsas müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı Türkiyəni Qəzzəni qorumağa çağırıb:

“Lazım olanı, etməli olduğumuzu millətimlə açıq şəkildə paylaşıram. Qəzzanı qorumaq missiyasını öz üzərimizə götürmək bizim tarixi mirasımızdır. Türkiyə Cümhuriyyəti Qəzzanı xoşbəxt uşaqlar və qardaşlarımızın əmin-amanlıq içində yaşayacağı İslam diyarına çevirməyə hazırdır və and olsun ki, buna qadirdir”, - Baxçalı bildirib.

Qeyd edək ki, 7 oktyabrdan başlayan sionist rejimin Qəzzə əhalisinə qarşı hava hücumları Türkiyədə geniş xalq etirazlarına səbəb olub. Qəzzə əhalisinə dəstək üçün İstanbulda keçirilən son genişmiqyaslı aksiyası göstərdi ki, Türkiyə xalqı qəsbkar sionist rejimə qarşı ölçü götürülməsini, Qəzzədə qırğına məruz qalan məzlum fələstinli mülki insanlara ciddi və əməli dəstək verilməsini tələb edir. Türkiyədə ümumi fikrin işğalçı İsrail rejiminə qarşı son dərəcə qəzəbləndiyi bir şəraitdə bu ölkə rəhbərliyi və siyasi simaları da ümumi fikrlə uzlaşmağa çalışırlar.

 

 

Teqlər