Okt 31, 2023 15:35 Asia/Baku
  • Türkiyə işğalçı rejimin xəstəxananı vurmasını pislədi

Türkiyə dövləti İsrail rejiminin dünən Qəzzədə Türk-Fələstin Dostluq Xəstəxanasına hücumunu şiddətlə qınayıb.

Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Qəzzədə sözügedən xəstəxanana haqqında koordinatları da daxil olmaqla bütün lazımi məlumatlar əvvəlcədən İsrail səlahiyyətliləri ilə paylaşıldığı halda, belə bir hücumun həyata keçirilməsinin heç bir izahı yoxdur.

Bəyanatda deyilir: “Qəzzədə Fələstin xalqını ən elementar hüquqlarından məhrum etmək məqsədi daşıyan mühasirə və qeyri-insani hücumlar beynəlxalq hüququ açıq şəkildə pozur. İsrail Qəzzə sakinlərini heç bir fərq qoymadan hədəfə almağı dayandırmalıdır”.

 

Teqlər