Noy 03, 2023 13:44 Asia/Baku
  • İstanbulda fələstinli jurnalistlərə dəstək verilib

Türkiyə jurnalistləri İstanbulda fələstinli həmkarlarına dəstək aksiyası keçirib və hərbi əməliyyatların dayandırılmasına çağırıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) elan etdiyi "2 noyabr jurnalistlərə qarşı cinayətlərə görə beynəlxalq cəzasızlıqla Mübarizə Günü"ndə Türkiyə  jurnalistləri İstanbulda fələstinli həmkarlarına dəstək aksiyası keçirib və hərbi əməliyyatların dayandırılmasına çağırıblar.

Fələstin Jurnalistlər Birliyinin 1 noyabr tarixli bəyanatında bu dövrdə cinayətkar sionist rejimin hücumları nəticəsində 25 fələstinli jurnalist və 13 media işçisinin öldüyü elan edildi.

Qərb Şəriyədə və Şərqi Qüdsdə, eləcə də Qəzzanın bloklanmış sektorunda çalışan jurnalistlər işğalçı sionistlərin təzyiqləri və hücumları səbəbindən çətin şəraitdə öz vəzifələrini yerinə yetirməyə çalışırlar.

BMT dünya səviyyəsində jurnalistlərə qarşı zorakılığın qarşısını almağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırsa da, Qərb Şəriyədə və Qəzzada ictimaiyyəti məlumatlandırdıqda və ya görüntü aldıqda çox sayda jurnalist öldürülə və yaralana bilər.

Sərhədsiz Reportyorlar (RSF) qəsbkar sionist rejimin fələstinli jurnalistlərə qarşı törətdiyi müharibə cinayətlərinin araşdırılması üçün beynəlxalq cinayət məhkəməsinə (ICC) müraciət edib.

 

 

Teqlər