Mart 06, 2024 15:56 Asia/Baku
  • Amerika kağız pələngdir

Artıq dünyada heç kimin ABŞ-dan qorxmasına ehtiyac yoxdur. Amerika imperializmi Fələstində,Ukraynada və Suriyada məğlub oldu.Bunu Türkiyənin "VATAN" (Vətən) Partiyasının sədr müavini Serdar Üsküp deyib.

Üsküp ABŞ-ın sanksiya təzyiqləri səbəbindən Türkiyə ilə Rusiya Federasiyası arasında ödəniş probleminin yaranmasına toxunaraq deyib:

"Artıq kimsənin ABŞ-dan qorxmasına ehtiyac yoxdur. Amerika imperializmi Fələstində məğlub oldu. Ukraynada məğlub oldu. Suriyada məğlub oldu. Amerikanın silahlı təhdidi artıq əhəmiyyət kəsb etmir. Amerika kağız pələngdir.”

Vətən Partiyasının sədr müavini hətta Avropada da xalqların ABŞ-a nifrət edtiklərini xatırladıb:

“Avropalı fermerlər amerikanlaşmış Avropa rəhbərlərinə qarşı çıxırlar. Amerikadan qorxanlar, Avropadan kömək istəyənlər" artıq Türkiyəni idarə edə bilməzlər”,- Serdar Üsküp deyib.

 

 

Teqlər