Mart 07, 2024 13:39 Asia/Baku
  • Türkiyə Mossadın hədəfində:

İsrailin casus şəbəkəsi barədə yeni detallar açıqlanıb

İstanbulda İsrail Kəşfiyyat Xidmətinə məlumat ötürən şəbəkə barədə yeni detallar açıqlanıb.

Bu məlumata əsasən, Türkiyə Milli Kəşfiyyat Təşkilatı və İstanbul polisinin Antiterror Şöbəsi tərəfindən birgə keçirilən əməliyyatda saxlanılanlar arasında özəl xəfiyyə və Türkiyənin keçmiş dövlət qulluqçusu olmuş Həmzə Turxan Ayberk də var.

Bildirilir ki, Mossad özünün “Viktoriya” ləqəbli agenti vasitəsilə Ayberklə əlaqə qurub.

Türkiyə xüsusi xidmət orqanlarından bildirilib ki, Ayberk pul müqabilində Mossada məlumat satırdı.

Məlumatın toplanılması, o cümlədən də Yaxın Şərqdən olan şəxslərin və şirkətlərin Türkiyədəki fəaliyyətinə dair məlumatların əldə edilməsi üçün Ayberk qruplaşma yaradıb.

Ayberk görəcəyi işlər barədə 2019-cu ildə Serbiya paytaxtı Belqradda Mossaddan təlimat alıb və o Mossadla əlaqə üçü şifrələnmiş rabitə vasitələrindən istifadə edirdi. O, ödənişini isə kriptovalyutada alır və bu şəkildə öz gəlirlərini gizlətmiş olurdu.

Məlumatların ötürülməsindən əlavə Ayberk təhdidlər və təqiblərlə də məşğul olurmuş. O, güddüyü şəxslərin avtomobillərinə izləmə cihazları quraşdırırmış.

 

Teqlər