Mart 30, 2024 16:47 Asia/Baku
  • Türkiyə prezidenti:

Türkiyə prezidenti Təhlükəsizlik Şurasının Qəzzədə atəşkəsin bərpa edilməsi ilə bağlı qətnaməsini icra etmək üçün soyqırımçı İsrail rejiminə təzyiqlərin artırılacağını bildirərək rəsmi Ankaranın mövqeyini açıqlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib ki, Türkiyə Fələstinə xalqın azadlığa və işğal olunmuş ərazilərə qovuşacağı, habelə paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin quruluşuna qədər dəstəyini davam etdirəcək.

Yeri gəlişkən qeyd edək ki, Mübarək Ramazan ayı ərzində Qəzzədə dərhal atəşkəs haqqında qətnamə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsinə baxmayaraq artıq altı aydır davam edən müharibə hələ də davam edir.

Təsdiq olunmuş bu qətnamədə müqəddəs Ramazan ayı ərzində dərhal atəşkəs rejiminin bərpa edilməsi, tərəflərin ona hörmətlə yanaşması və bu atəşkəsin davamlı atəşkəslə nəticələnəcyinin zəruriliyi vurğulayır.

 

Teqlər