Apr 01, 2024 09:11 Asia/Baku
  • Türkiyədə keçirilən bələdiyyə seçkilərində AKP məğlub olub

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri zamanı prezident Ərdoğanın rəhbərlik etdiyi hakim AKP partiyası məğlub olub.

Ölkənin əksər bələdiyyələrində müxalif Cümhuriyyət Xalq Partiyasının nümayəndələri qalib gəlib.

Türkiyənin 81 vilayətinin hamısında bələdiyyə seçkiləri keçirilib. Onların mütləq əksəriyyətini CHP tərəfdarları qazanıb.

Yerli müşahidəçilərin fikrincə, bu, Ərdoğanın partiyasının mövqelərinin ciddi şəkildə zəifləməsi və Cümhuriyyət Xalq Partiyasının rolunun güclənməsi deməkdir.

Siyasi ekspertlərə görə bu seçkilərin nəticəsi göstərir ki, Ərdoğanın gücünün azalması da uzaqda deyil. Bunda ölkənin durmadan pisləşən iqtisadi vəziyyəti əsas rol oynadığı deyilir.

Bəzi müşahidəçilər vəziyyətin belə davam edəcəyi təqdirdə növbədənkənar prezident və parlament seçkilərini istisna etmirlər.

 

 

Teqlər