Apr 03, 2024 15:31 Asia/Baku
  • Türkiyənin Van şəhərində kəskin seçki etirazları

Türkiyə rəsmiləri siyasətçi və Kürd partiyasının bələdiyyə seçkilərində namizədi Abdullah Zeydanı etibarsız adlandırıb, onun namizədliyini rədd etdikdən sonra Türkiyənin bir neçə şəhəri etiraz aksiyasının və gərginliyin şahidi olub.

Bazar günü Abdullah Zeydan Van şəhərinin bələdiyyə başçısı seçildi Ancaq seçkilərdən iki gün sonra yerli seçki heyəti keçmişdəki ittihamlar və PKK adlandırılan Kürdüstan Fəhlə Partiyasını dəstəklədiyinə görə, onun seçilmək hüququnu aldı. Qeyd etmək lazımdır ki, Türkiye bu partiyanı "terrorçu qrup" hesab edir.

"RT"nın məlumatına görə, Zeydan 2016-cı ildə PKK ilə iş birlik və onu təbliğ etməkdə ittiham olduqdan bir il sonra həbs edildi və 2022-ci ildə sərbəst buraxıldı. Prokurorlar,  onun namizədlikdən üç il müddətində məhrum edilməsinin hələ də sona çatmadığını söyləyirlər və bu səbəbdən, onu bələdiyyə seçkiləri üçün uyğun saymırlar. 

Abdullah Zeydan bundan əvvəl "Xalqların Bərabərlik və Demokratiya Partiyası" tərəfindən Van bələdiyyə başçısı üçün namizəd seçilib və onun namizədliyi Türkiyə Ali Məhkəməsi tərəfindən təsdiqlənib və o, səslərin 55 faizini qazanaraq, seçkidə qalib gəlib. 

"Xalqların Bərabərlik və Demokratiya Partiyası"  nəinki Zeydanın seçilmək hüququnun əlindən alınmasını siyasi çevriliş kimi qınayır, həm də siyasətçinin tərəfdarları polis zabitlərinə atəş, daş və kokteyl molotovu ataraq, küçələrə axışıblar və bu zabitlərdə etirazları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarına əl atıblar. 

yayımlanan görüntülər və videolara görə, bəzi etirazçılar barrikadalar qurub, sonra onları yandırıblar.

Bu iğtişaşların və etirazların  Van və digər şərq şəhərlərində, eləcə də cənubdakı Adanada və Egey dənizinin sahilindəki İzmir  də baş verdiyi bildirilir. Daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsində yazıb: " Van, Hakkari, Batman, Siirt, Şırnak və İzmir şəhərlərində ümumilikdə 89 nəfər saxlanılıb. 

Teqlər