Apr 18, 2024 13:24 Asia/Baku
  • Ərdoğan xunta rejiminə od püskürdü

“İsrail cinayət törətməkdə Hitleri ötüb”

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, sionist rejim Qəzzədə 14 minə yaxın günahsız uşağı qətlə yetirməklə cinayət və vəhşilikdə faşist Almaniyasının lideri Adolf Hitleri ötüb.

Türkiyə parlamentində AKP toplantısı zamanı Ərdoğan əlavə edib ki, İsrail Qərbin qeyd-şərtsiz dəstəyi ilə həm Qəzzədə, həm də İordan çayının qərb sahilində soyqrımlar törədir.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın mübarizəsini yüz ildən çox əvvəl Türkiyənin müstəqillik savaşı ilə müqayisə edən Ərdoğan deyib: “Biz çox yaxşı bilirik ki, müstəqilliyə nail olmaq üçün qurbanlar vermək lazım gəlir”.

 

Teqlər