Türkiyə Qərb ilə məsafə saxlamaq üçün daha bir addım atır
Peskov: Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır.
Kremlin rəsmisi deyib: “Biz, əlbəttə, qonşularımız, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşlar tərəfindən BRICS-ə marağın artmasını alqışlayırıq. Təbii ki, bu maraq mövzusu Rusiyanın sədrliyi ilə keçiriləcək və çox fəal şəkildə hazırlaşdığımız BRICS sammitinin gündəmində olacaq”.
Peskov qeyd edib ki, BRICS bütün maraqlı tərəflərlə əlaqələrin qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bu məqsədlə müxtəlif formatlar nəzərdən keçirilir.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri zamanı Ankaranın BRICS-ə qoşulmaq istədiyini bəyan edib.
Onun sözlərinə görə, bu məsələ iyunun 10-11-də Rusiyanın Nijni Novqorod şəhərində keçiriləcək BRICS ölkələri xarici işlər nazirlərinin iclasında müzakirə olunacaq.