Türkiyə ordusu Hələb ətrafında suriyalı etirazçılarla toqquşub
https://azeri.sahartv.ir/news/türkiyə-i412549-türkiyə_ordusu_hələb_ətrafında_suriyalı_etirazçılarla_toqquşub
Media mənbələri Türkiyə ordusunun Hələb ətrafında suriyalı etirazçılarla toqquşduğu və bir neçə nəfərin yaralandığını bildiriblər.
(last modified 2024-07-04T01:21:24+00:00 )
İyul 03, 2024 17:12 Asia/Baku
  • Türkiyə ordusu Hələb ətrafında suriyalı etirazçılarla toqquşub

Media mənbələri Türkiyə ordusunun Hələb ətrafında suriyalı etirazçılarla toqquşduğu və bir neçə nəfərin yaralandığını bildiriblər.

Əlməyadin telekanalının məlumatına görə, Türkiyə ordusu Suriya vətəndaşlarının Hələb şəhərinin ətrafında yerləşən Ələtarib şəhərində türk hərbçilərin mövqelərindən birinin qarşısındakı etiraz aksiyasını dağıdıb.

Əlməyadin müxbiri xəbər veribdir ki, bu hadisədə bir qrup suriyalı etirazçı yaralanıbdır.

Əlvətən-Online mediası da bu hadisə ilə bağlı bildiribdir ki, suriyalı etirazçılar Türkiyə ordusunun Hələb şəhərinin ətrafında yerləşən Ələtarib şəhərindəki hərbi bazalarından birinə hücum etməyə çalışsalar da, Türkiyə ordusunun hərbçiləri onlara tərəf atəş açıblar.