Həniyyənin şəhadətinə görə, Türkiyədə ümumi matəm elan olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i413335-həniyyənin_şəhadətinə_görə_türkiyədə_ümumi_matəm_elan_olunub
İnformasiya mənbələri dünən gecə bildiriblər ki, Türkiyə Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyənin şəhadətinə görə, cümə günü avqustun ikisini bu ölkədə ümumi matəm elan edib.
(last modified 2024-08-02T10:17:51+00:00 )
Avq 02, 2024 14:13 Asia/Baku
  • Həniyyənin şəhadətinə görə, Türkiyədə ümumi matəm elan olunub

İnformasiya mənbələri dünən gecə bildiriblər ki, Türkiyə Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyənin şəhadətinə görə, cümə günü avqustun ikisini bu ölkədə ümumi matəm elan edib.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İsmayıl Həniyyənin şəhadətinə görə və onun xatirəsini əziz tutmaq üçün cümə gününü bu ölkədə ümumi matəm elan edib.

Bundan öncə Türkiyə xarici işlər naziri Hakan Fidan  Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyənin Tehranda namərdcəsinə terror edilməsinə reaksiyada belə demişdi: Həniyyənin qətli amilləri unutmasınlar ki, onu terror etməklə onlar sülhü öldürüb, aradan götürdülər.

Məsud Pezeşkiyanın prezidentlik üzrə andiçmə mərasimində iştirak məqsədilə Tehrana səfər edən Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə  çərşənbə günü iyulun otuz biri, səhər saatlarında şəhid edildi.