Türkiyə sionist rejimə qarşı soyqırım iddiasına qoşulur
Türkiyə sionist rejimə qarşı irəli sürülən soyqırım iddiasına qoşulmaq üçün beynəlxalq məhkəməyə rəsmən müraciət edib.
Türkiyə xarici işlər nazirinin bildirdiyinə görə, ölkə çərşənbə günü sionist rejimi Qəzzədə soyqırımda ittiham edən Cənubi Afrikanın iddiasına qoşulmaq üçün beynəlxalq məhkəməsinə müraciət edib.
Türkiyənin Niderlanddakı səfiri bununla bağlı ərizəni bir qrup vəkilin müşayiəti ilə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
Türkiyə, Fələstin, İrlandiya, Belçika, Misir, Kolumbiya, Nikaraqua, İspaniya, Meksika, Liviya , Kuba və Çilidən sonra bu işə qoşulmaq üçün məhkəməyə müraciət edən 13-cü ölkədir. Onların vəsatətləri ilə bağlı məhkəmənin qərarı hələ də davam edir.
Türkiyə parlamentinin Ədalət komitəsinin rəhbəri Cüneyt Yüksel deyib: "Bu soyqırım "işi" bundan əvvəl Cənubi Afrika tərəfindən Qəzzədə soyqırımla bağlı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində açılıb və Türkiyənin təqdim etdiyi 46 səhifəlik sənədlər müxtəlif cəhətlərdən yüksək təsir etmək potensialına malikdir".
Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə günü X sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, Beynəlxalq ictimaiyyət soyqırımı dayandırmaq üçün üzərinə düşəni etməli, İsrailə və onun havadarlarına lazımi təzyiqi göstərməlidir.
Ekspertlərin fikrincə, Türkiyənin Qəzzədə törədilən soyqırımla bağlı işə qarışması qlobal səhnədə həm hüquqi, həm də mənəvi məsuliyyəti təsdiqləmək deməkdir. Türkiyənin müdaxilə addımı, regional sülh üçün Ankaranın digər səyləri ilə birlikdə nəzərə alındıqda, bölgədəki digər ölkələri Qəzzədə beynəlxalq hüquq pozuntularının aşkar edilməsində və fələstinlilərin hüquqlarının müdafiəsində daha fəal iştirak etməyə təşviq edə bilər. Hətta Türkiyənin bu müraciətinin, simvolik əhəmiyyətindən əlavə, regiondakı digər ölkələrin də sionist rejimin məhkəmə prosesinə qoşulmaq qərarını gücləndirməsi gözlənilir.