Avq 26, 2024 15:26 Asia/Baku
  • İstanbul əhalisi sionist rejimin Qəzzədəki cinayətlərini pisləyiblər

İstanbulun Fatih bölgəsi bazar günü sionist rejimin Qəzzə zolağında Fələstin xalqına qarşı soyqırım müharibəsini pisləmək üçün kütləvi yürüşə şahidlik edib.

Türkiyə mətbuatının məlumatına görə, bu etiraz aksiyası İstanbulun tarixi Fatih məscidindən başlayıb və 3 minə yaxın insanın iştirakı ilə Ədirnə Qapı bölgəsində başa çatıb.

İştirakçılar Türkiyə və Fələstin bayraqlarını və üzərində Fələstinə dəstək və sionist rejimin Qəzzə sakinlərinə qarşı cinayətlərini pisləyən yazılar yazılmış plakatlar daşıyıblar. 

Bu aksiyada, həmçinin Quran ayələri tilavət olunub, dualar oxunub və Allahu-Əkbər nidasi və sionist rejim və ABŞ-a qarşı şüarlar səsləndirilib.

İsveçdə də yüzlərlə nəfər bazar günü sionist rejimin Qəzzədə törətdiyi vəhşi cinayətlərə etiraz olaraq və Fələstin xalqına dəstək məqsədilə Stokholmda küçələrə axışıblar sionist rejimin bu şəhərdəki səfirliyi qarşısına toplaşıblar. 

Etirazçılar Fələstin bayraqları və üzərində “Azad Fələstin, Azad Qəzzə”, “Soyqırımı dayandırın” və “İsraili boykot edin” şüarları yazılmış plakatlar daşıyıblar.

Etirazçılar İsveç hökumətinin sionist rejimə davamlı dəstəyini faciə adlandırıblar.

Sionist rejimin Qəzzəyə hərbi təcavüzü başlayandan bəri Avropanın 605 şəhərində 22 min anti-sionist etiraz aksiyası keçirilib.

Almaniya, İspaniya, İtaliya, Fransa və İsveç müvafiq olaraq, ən çox Qəzzəyə və Fələstin xalqına dəstək aksiyalarının şahidi olublar. 

Teqlər