Xunta rejiminin türk düşmənçiliyi yeni fazaya keçir
Sionist əsgərlər Qəzzədə türk jurnalistlərə hücum etdi
Avq 27, 2024 14:53 Asia/Baku
Sionist rejim ordusunun əsgərləri Qəzzədə türk jurnalistlərə hücum edib.
Bu məlumata əsasən, İsrail ordusu Xan Yunisdəki "Nasir" xəstəxanasına, eləcə də jurnalistlərin yerləşdiyi çadıra hücum edib. Nəticədə çoxlu sayda köçkün şəhid olub və yaralanıb.
Məlumatda bildirilir ki, qurbanlar arasında jurnalistlər də var. Bununla əlaqədar Türkiyənin TRT telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən qəlpə yarası alıb. TRT-nin kameraman köməkçisi və bir neçə digər mətbuat mənsubunun da yaralandığı bildirilir.