Avq 28, 2024 19:33 Asia/Baku
  • İlham Əliyevin sabiq mühafizəçisi ölü tapılıb

Türkiyənin Aydın vilayətinin Kuşadası bölgəsində Azərbaycan Respublikası prezidenti İlham Əliyevin yaxın mühafizəçisi olmuş 50 yaşlı Mahir Məmmədov mehmanxana yerləşdiyi otaqda ölü tapılıb.

bildirilir ki, Məmmədov səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib. Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.Müəmmalı ölümün səbəbləri hələ ki, məlum deyil.Azərbaycan rəsmi dairələri isə, hələ də sözü gedən məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Xatırladaq ki, son vaxtlar Azərbaycan və Türkiyə münasibətlərində soyuqluq müşahidə olunur. Səbəb isə prezident Ərdoğanın Qarabağla bağlı açıqlaması göstərilir.

Teqlər