Okt 24, 2024 14:01 Asia/Baku
  • Ərdoğanın müşavirindən şok: Teraktı İsrail törədib...

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın baş müşaviri və prezidentin baş danışmanı Əhməd Səlim Koroğlu TUSAŞ-da baş verən teraktda İsrailin əlinin olduğunu iddia edib.

Koroğlu bununla bağlı X səhifəsində paylaşım edib.

“İsrail bizə hücum etməz” – deyənlər haradadır?”, - deyə qeyd edərək, hücumun arxasında İsrailin dayandığına eyham vurub.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan oktyabrın 2-də Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı demişdi ki, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq: “Livandan sonra İsrail gözünü Türkiyə torpaqlarına dikəcək. Bədəli nə olursa-olsun, Türkiyə İsrailin qarşısında durmağa davam edəcək”.

Ərdoğan həmçinin Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq etmişdi ki, bunun qarşısını almaq lazımdır.