Fidan:
"Biz Suriyanın ərazi bütövlüyünə hörmət edirik, dövlət müxalifətlə güzəştə getməlidir"
Dek 02, 2024 15:33 Asia/Baku
Hakan Fidan Əraqçı ilə mətbuat konfransında deyib: "Bu görüş regional hadisələrlə bağlıdır. Biz İranla hər bir regional məsələni müzakirə edir, fikir mübadiləsi aparırıq. Biz bir-birimizlə işgüzar əlaqələri genişləndirməyə çalışırıq.
O sözünün davamında deyib: "Livanda atəşkəsi alqışlayırıq. Bölgəmizdə sülhün bərqərar olması Fələstində atəşkəsin yaradılması ilə mümkün olacaq. Biz bütün tərəflərin rəhbərliyinə (Suriyada) dəfələrlə xəbərdarlıq etmişik.
Hakimiyyət müxalifətlə kompromisə getməlidir. Biz hər zaman Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunmasını dəstəkləmişik və buna davam edirik.
Türkiyə terror təşkilatlarının fəaliyyət göstərməsinə heç vaxt icazə verməyəcək"