PKK rəsmi surətdə silahını yerə qoymağa başlayıb
İnformasiya mənbələri xəbər veriblər ki, Kürdüstan Fəhlə Partiyası- PKK-nın hərbi qolunun qüvvələri bir mərasimlə rəsmi şəkildə öz silahlarını təhvil verməyə başlayıblar.
Əlməyadin müxbiri xəbər verib ki, az öncə, PKK üzvlərinin ilk qrupu rəsmi bir mərasimlə öz silahlarını təhvilvermə prosesinə başlayıb.
Deyilənlərə görə, mərasim, Türkiyədən olan heyət də daxil olmaqla, bir neçə heyətin iştirakı ilə İraqın Süleymaniyyə vilayətindəki “Casne” mağarasında, keçirilib.
İki gün bundan qabaq PKK sədri Abdullah Öcalan, bir video-müraciətdə demişdi ki: “Konüllü surətdə silahlı mübarizələrə “son qoyduq.
O, vurğulayıb: Çevik real addımlarla, silahı yerə qoymaq üçün münasib yolları müəyyən edəcəyik.
PKK-nın 75 yaşlı sədri- Abdullah Öcalan,1999-cu ildə Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu. O zamandan bəri, o, İstanbulun cənubundakı İmralı adasında yerləşən həbsxanada ömürlük həbs cəzasını keçirməkdədir.
Bundan öncə, Türkiyənin siyasi rəhbərləri PKK-nın Türkiyə hökumətilə ehtimal olunan sazişindən xəbər vermişdilər. Belə ki, Türkiyə Milli Hərəkət Partiyasının lideri- Dövlət Bağçalı, sözügedən qrupun qiyamının başa çatmasının elan olunması qarşılığında Öcalanın ömürlük həbs cəzasından azad edilməsi, həmçinin onun Türkiyə parlamentində çıxış etmək icazəsinin olması təklilfini vermişdi.